Şənbə , Oktyabr 24 2026
azfa

Makıda Urmiya gölünün qurudulmasına etiraz edən fəallar yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Makı bölgəsinin Bağçacıq kəndində Urmiya gölünün qurudulmasına etiraz edən fəalları yaxalayıb.

Yenicə yayılan məlumata görə, bir neçə gün bundan öncə Güney Azərbaycanın Bağçacıq kəndində Urmiya gölü ilə bağlı etiraz aksiyası keçirib və onun videosunu sosial şəbəkələrdə paylaşan azərbaycanlı fəallar İranın ETTELAAT idarəsinə çağırılıblar.

ETTELAAT İdarəsində sorğu-suala çəkilib, təhdid edilən azərbaycanlı fəalların əksəri buraxılsa da, azərbaycanlı fəal Aydın Cəfəri yaxalanıb.  Rejimin ETTELAAT İdarəsi onun barəsində açıqlama verməkdən imtina edir.

Həmçinin azərbaycanlı fəal Rəsul Ağazadə və həyat yoldaşının da ETTELAAT İdarəsinə çağrılıblar.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …