Şənbə , May 18 2024
azfa

Quzey Kıbrıs Türk Cümhuriyyəti Kipr rum tərəfinin adanı sürətlə silahlandırmasına etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin Kipr rum tərəfinin adanı sürətlə silahlandırmasına etiraz olaraq yaydığı açıqlamada qeyd olunub ki, Güney Kipr Rum Administrasiyasının (GKRY) müdafiə naziri Kıbrıs adasını Yunan adası kimi gördüyünü və Kıbrıs türklərini şəhər və kəndlərindən qovmağı hədəflədiklərini açıq şəkildə bildirir.

Bildirilib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq prinsipi əsasında konstruktiv əməkdaşlıq əlaqələri qurmağı öz şüarına çevirib:

“Digər tərəfdən, Rum tərəfi adanı silah anbarına çevirmək üçün son vaxtlar sürətlənib. Silahlanma cəhdlərini ört-basdır etmək istəyən Güney Kipr Rum Adminstrasiyası əsassız iddialarla ada və ətrafında yaşanan gərginliyi Ana Vətən Türkiyəyə bağlamağa çalışır.

Güney Kipr Rum Administrasiyasının Fransa ilə hücum helikopterlərinin satış müqaviləsi imzaladığı və raket sistemləri, radar sistemləri və digər hərbi texnikanın alınması istiqamətində səylərini artırdığı görünür. Son dövrdə silah tədarükü və hərbi təlimlərin artırılması ilə yanaşı, Yunanıstan Müdafiə Nazirliyi və hətta yunan din xadimlərinə atış təlimi keçdiyi rum ordusu, adadakı sərhəd xəttində ağır silah mövqeləri yerləşdirməyə davam edir. Adada və ətrafında gərginliyin artmasında yeganə məsuliyyətin silahlanma fəaliyyətlərini artıraraq davam etdirən Güney Kipr Rum Administrasiyasının olduğu açıq-aydın görünür”.

Həmçinin yoxlayın

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …