Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejiminin Ərdəbildə yaxaladığı azərbaycanlı milli fəallardan xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejimin Ərdəbildə yaxaladığı azərbaycanlı milli fəallardan hələ də xəbər yoxdur.

Azərbaycanlı milli-mədəni fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin etirazlardan sonra rejimin məmurları tərəfindən həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, hələ də onlardan məlumat almaq mümkün olmayıb.

Rejimin aidiyyəti qurumları yaxalanan fəallar barədə məlumat verməməsi, onları ailələrinin nigaranlığına səbəb olub.

Azərbaycanlı fəalların ailə üzvləri dəfələrlə rejimin Ərdəbildəki Prokurorluğu və başqa aidiyyəti qurumlara müraciət etrdiklərini, ancaq heç bir cavab ala bilmədiklərini bildirirlər.

Əsgər Əkbərzadə və Səid Sadiqifərin qardaşlarının bildirdiyinə görə, onlar qardaşlarından xəbər əldə etmək üçün rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinə getdikdə, məhkəmə onlara qardaşlarının “iğtişaşçı və təxribatçı” olduğunu deyib və onlar haqqında məlumat verməyib.

Həmin fəalların qardaşları deyib: “Onlar iğtişaşçı deyil, Azərbaycan xalqının milli və qanuni hüquqlarının müdafiəçiləridirlər və ana yasada qeyd olunanların icrasını tələb edirlər. Həbs etdiyini şəxslər son aksiyalara qatılmadıqları halda həbs ediliblər”.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar sentyabrın 21 və 22-də etiraz aksiyasına qatılmadıqları halda rejimin Ərdəbildəki ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanıblar.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …