Cümə , Dekabr 27 2024
azfa

Azərbaycanlı fəala Behnam Nurməhəmmədi mülki vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədini 25 gün qanunsuz həbsdə saxladıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi iki həftə öncə Tehranda öz iş yerində irqçi fars rejiminin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Fəal mədəni fəaliyyətlərlə bağlı, o cümlədən türkcə təqvim çap etdiyinə görə irqçi fars rejimi tərəfindən saxlanılıb. Bu isə irqçi fars rejiminin nə dərəcədə antitürk və irqçi olduğunu açıq sübutdur.

Bu il mart ayının 14-də Tehranda tutularaq Evin zindanına salınan azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədinin müvəqqəti saxlanma müddəti aprel ayının 30-dək uzadılmışdır. Behnam Nurməhəmmədinin ailəsi mart ayının 22-də Tehran Məhkəməsinə müraciət etdikdə onlara bildirilmişdi ki, fəalın müvəqqəti saxlanma müddəti aprelin 30-dək uzaldımışdır.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın