Çərşənbə , Oktyabr 21 2026
azfa

Güney Azərbaycanın Əbhər şəhərində yaxalanan 3 azərbaycanlı fəaldan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əbhər şəhərində etirazlarla bağlı daha yaxalana 3 azərbaycanlı fəalın ailələri aidiyyəti qurumlara müraciət etsə də, onlar barədə məlumat ala bilməyiblər.  

Əbhərli fəallar Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi sentyabrın 22-i gecə saatlarında rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıblar.

Həmin azərbaycanlı fəalların ailələri məhkəmə, təhlükəsizlik və Zəncan şəhərinin zindanına müraciət etmələrinə baxmayaraq, onların taleindən xəbər tuta bilmədiklərini deyirlər.

Qeyd edək ki, hələlik onlara qarşı irəli sürülən ittihamlar barədə heç bir açıqlama verilməyib.

Rejim etirazlarla bağlı Güney Azərbaycanda yüzlərlə azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …