Şənbə , May 18 2024
azfa

Molla rejimi Ərdəbildə məktəbli şagirdi qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi oktyabrın 12-də Ərdəbil şəhərinin qız məktəbinin şagirdlərindən birini qətlə ytirib.

Rejimin məmurlarının məktəblilərə hücumu zamanı 10 şagirdin yaralandığı və 7 şagirdin həbs edildiyi bildirilir.

Məsələnin geniş yayılmasından və etirazlara səbəb olmasından sonra Ərdəbil Əyalətinin Təhsil İdarəsi və polis qüvvələrinin komandiri yalan açıqlama veriblər.

Ərdəbil Əyalətinin Təhsil İdarəsinin rəisi Kəlamullah Səfəri mediaya verdiyi açıqlamada şagirdin öldürüldüyünü təkzib  ediblər.

Lakin artıq molla rejiminin qətlə yetirdiyi məktəblinin adı da məlumdur.

Qeyd edək ki, Ərdəbil molla rejimi məktəbliləri toplayaraq valideynlərin icazəsi olmadan hökuməti himayə məqsədilə mitinqə aparıblar. Azərbaycanlı şagirdlər isə “Rədd olsun diktatura” şüarı səsləndiriblər. Bu zaman rejimin məmurları vəhşicəsinə şagirdlərə hücum edib, bir şagirdi öldürüb, çox sayda şagirdi yaralayıb və ya həbs edib.

Həmçinin yoxlayın

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …

Molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli …