Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı fəal Rza Abdullahi Pirəlilunu həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin ETTELAAT məmurları Təbrizdə azərbaycanlı fəal Rza Abdullahi Pirəlilunu həbs edib.

İranın ETTELAAT İdarəsinin məmurları azərbaycanlı mədəni fəalı oktyabrın 16-da yaxalayıblar. Məmurlar həmçinin fəalın evində axtarış aparıb və ona aid bir sıra şəxsi əşyaları müsadirə edərək özləri ilə aparıblar.

Rza Abdullahi Pirəlilunun hələlik həbs səbəbi və harada saxlanıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, azərbaycanlı mədəni fəal Rza Abdullahi Pirəlilu saz musiqi müəllimi və Təbriz bağlama Evi Musiqi Məktəbinin sahibidir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …