Molla rejimi azərbaycanlı milli fəal Fərhad Pakruhu prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin azərbaycanlı milli fəal Fərhad Pakruhu prokurorluğa çağırıb.

Azərbaycanlı fəala zəng edilərək rejimin Təbrizdə yerləşən prokurorluğuna çağırıb.

Təbrizdə yaşayan azərbaycanlı milli fəala Təbrizdə rejimin Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə getməsi istənilib.

Həmçinin azəırbaycanlı fəala sms vasitəsilə də çağırış göndərilərək barəsində cinayət işinin açıldığı bildirilsə də, nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Bununla yanaşı rejimin məmurları Fərhad Pakruha zəng edərək, onun bir sıra suallara cavab verməsi üçün Təbrizdə rejimin ETTELAAT İdarəsinə getməsi istənilib.

Azərbaycanlı fəal bunun qanunsuz olduğunu bildirərək, rəsmi çağırış göndərilmədyi üçün idarəyə getməkdən imtina edib.

Qeyd edək ki, Pakruh bundan öncə də həbs və təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı …