Bazar , Sentyabr 27 2026
azfa

Bəşər Əsəd rus hərbi bazasına qaçdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Bəşər Əsəd paytaxt Dəməşqdəki prezident sarayını tərk edərək Rusiyanın Latakiyada yerləşən Hmeymim hərbi bazasına qaçıb. Bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, rus əsgərlərinin müşayiəti ilə sarayı tərk edən Əsəd Hmeymimdə pəncərələri olmayan sığınacaqda yerləşdirilib. Prezidentin yanında heç bir suriyalı rəsminin olmadığı bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Bəşər Əsədin İrana qaçdığı iddia edilsə də, Suriya prezidentinin Dəməşqdə olduğu üzə çıxmışdı.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın