Terrorçu molla rejimindən Azərbaycan dövləti və azərbaycanlı fəallara qarşı böhtan

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyada terrorla ad çıxaran molla rejimi və onun Azərbaycana qarşı yetişdirdiyi üzdəniraq ekspertlərin Azərbaycan dövləti və azərbaycanlı fəallara qarşı böhtanı davam edir.

Molla rejiminə bağlı siyasi təhlilçi Ehsan Movəhhedian “Tvitter” hesabında Azərbaycan, Prezident və azərbaycanlı fəalların ünvanına sərsəm iddia irəli sürüb:

“İran Azərbaycanı üçün Türkiyədə mühacirətdə hökumət qurmuş terror qruplaşmasının üzvləri İlham Əliyevinn dəvəti ilə onunla görüşmək üçün üçüncü dəfə Bakıya gəliblər.

Bu səfər bazar ertəsi, noyabrın 28-də Heydər Əliyevin, Zərifə Əliyevanın və Cəfər Pişəvərinin məzarlarını ziyarət etməklə başlayıb. Məqsəd: İran ərazisində israillilərin terror törətməsidir!”

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …