Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tanınmış ədəbiyyaçı, şair və yazıçı Yədulla Məftun Əmini noyabrın 1-də 96 yaşında dünyasını dəyişib.

Yədullah Məftun Əmini 1926-cı ildə Güney Azərbaycanın Sayınqala bölgəsində anadan olub. Uşaq ikən ailəsi ilə birgə Təbrizə köçüb və orta təhsilini orada alıb. Sonra Tehran Universitetinin hüquq fakultəsini bitirib və uzun illər ədliyyə orqanlarında çalışıb.

Gənclik illərindən Tehranda yaşayan azərbaycanlı şair 10-dan çox kitabı işıq üzü görüb.

Azərbaycanlı şairin Azərbaycan türkcəsində yazdığı “Aşıqlı karvan” poeması azərbaycanlı ədəbiyyatçı və ədəbiyyat sevərlər tərəfindən sevilə-sevilə oxunur.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …