Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Maidə Qaragöz və Məhəmməd Cavidi vəsiqə qarşılıöında zaminə buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məmurları tərəfindən yaxalanaraq Təbrizdə rejimin zindanına köçürülən Maidə Qaragöz və Məhəmməd Cavidi 100 və 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıblar.

Zaminə buraxılan azərbaycanlı fəalların nədə ittiham olunduğu barədə hələlik dəqiq məlumat verilmir.

Qeyd edək ki, Məhəmməd Cavidi oktyabrın 26-da yaxalanaraq ETTELAAT İdarəsinin təcridxanasına aparılıb. O daha sonra dindirildikdən sonra Təbrizdə rejimin zindanına köçürülüb.

Maidə Qaragöz isə 15 oktyabrda rejimin məmurları tərəfindən Təbrizdə yaxalanaraq, noyabrın 20-də Təbrizdə rejimin zindanına köçürülüb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …