GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “arb24 TV”-də “İrandan xain addım: “Mollalar” xalqın üzərinə muzdlu döyüşçülər göndərirlər” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “arb24 TV”-də “İrandan xain addım: “Mollalar” xalqın üzərinə muzdlu döyüşçülər göndərirlər” mövzusunda çıxış edib.

Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında Azərbaycanın güneyində molla rejiminin daha çox zülm etməsi, lakin onları yayan medianın olmaması, fars mediasının azərbaycanlılara zülmü əks etdirməməsi, molla rejiminin terrorçularla dinc etirazları qana boyaması, heç bir günahı olmayan dinc etirazçıları edam etməsi, molla rerjiminin əsas qorxusunun Azərbaycandan olması, molla rejiminin Azərbaycana qarşı düşmənçiliyinin davam etməsi, Güney Azərbaycanın isə əsas məqsədinin müstəqillik olması və s. məsələləri danışmışdır.

Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …