Şənbə , Oktyabr 24 2026
azfa

Molla rejimi Güney Azərbaycanda nadir təbiət abidəsi Qurugölü qurudub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  yarıtmaz siyasətlə Təbriz və Ocan (Bostanabad) arasında yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Qurugölu tamamilə qurutmaqdadır.

Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin rəisi Yusif Qafarzadə mediaya verdiyi açıqlamasında bununla bağlı deyib ki, Qurugölə axan su qaynaqlarının qarşısı kəsilib, illik su payının yalnız 10 faizi buraxılıb.

Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Qeyd edək ki, molla rejimi Azərbaycanla düşmənçilik zəminində Urmiya gölünü qurudub, bundan sonra isə Qurugölü qurutmaqdadır.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …