Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı öyrənci fəalı Nazənin Kiyanbəxt zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı öyrənci fəalı Nazənin Kiyanbəxt zaminə buraxılıb.

Təbriz İncəsənət Universitetinin “Qrafika” fakültəsinin tələbəsi Nazənin Kianbəxt müvəqqəti olaraq məhkəməyə qədər Təbrizdə rejimin mərkəzi zindanından girov qarşılığında zaminə buraxılıb.

Məhkəmə tələbə hərəkatına qarşı irəli sürülən ittihamlar barədə açıqlama verməkdən imtina edir.

Qeyd edək ki, noyabrın 29-da evinin qarşısında rejimin məmurları tərəfindən yaxalanan Nazənin Kiyanbəxt ürək çatışmazlığından əziyyət çəkməsinə baxmayaraq zindanda onun müalicəsinə icazə verilmirdi. Bu isə onun yaxınlarının ciddi nigaranlığına səbəb olmuşdu.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …