Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı rejissorun “Adım” filmi beynəlxalq mükafata layiq görülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Adım”  filmi beynəlxalq mükafata layiq görülüb.

Azərbaycanlı rejissor “Adım” adlı film çəkərək “türk adlarının qoyulmasına tədbiq edilən qadağa” məsələsini işıqlandırıb. Həmin əsər “Flatness Film Awards” kinofestivalında ən yaxşı qısametrajlı sənədli film mükafatına layiq görülüb.

Filmdə üç azərbaycanlı ailənin öz övladlarına qoymaq istədikləri türk adları, buna qarşı rejimin tətbiq etdiyi məhdudiyyətlər və azərbaycanlı ailələrin mübarizəsi əks etdirilib.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan və jurnalistika üzrə bakalavr dərəcəsi alan Məhəmməd Əlimuradi, noyabr ayında Türkiyədə keçirilən Beynəlxalq “Qorqud Ata” Film Festivalında “Əkizlər” qısametrajlı sənədli filminə görə ən yaxşı sənədli film mükafatını qazanıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …