Çərşənbə axşamı , May 5 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Davud kabalını həbsə, şallaq cəzası və icbari iş cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Davud kabalını 5 il 6 ay həbsə, şallaq cəzası və icbari iş cəzasına məhkum edib.

Urmiya sakini olan azərbaycanlı fəal iki məhkəmədə “qanunsuz aksiya və şüarlar səsləndirməklə ölkədə sabitliyi pozmaq”, “Xameneini təhqir etmək”, İctimai asayişi pozmaq” və “məmurların əmrinə tabe olmamaq”da ittiham edilməklə 5 il 6 ay həbsə, 300 şallaq zərbəsinə, 9 milyon nağd pul cəzasına və 250 saat icbari iş cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, irqçi fars-molla rejimi oktyabrın 26-da həbs etdiyi azərbaycanlı milli fəal Davud Kabalını qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayırdı.

Azərbaycanlı fəalın ailəsi bildirmişdi ki, fəalın xəstə olduğu barədə həkimlərin yazılı rəyi olmasına baxmayaraq, o Urmiya Polisinin təhlükəsizlik bölməsində həbsdə saxlanılır və müalicəsinə də icazə verilmirdi. O, 400 milyon tümənlik vəsiqə qarşılığında sonradan zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …