Cümə , Avqust 28 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı etirazçılardan daha birini qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı etirazçılardan daha biri molla rejimi tərəfindən qətlə yetirilib.

Təxminən bir ay öncə Təbrizdə keçirilən etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT İdarəsinin müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.

Yanvarın 2-də Əziminin cənazəsi ailəsinə təhvil verilib və təhlükəsizlik tədbirləri altında dəfn edilib.

Bildirlir ki, azərbaycanlı gənc Təbrizdəki etirazların ilk günlərində təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb və ailəsi ilə qısa telefon danışığı zamanı etirazlarda öldürülən Bəsic qüvvələrinin üzvü Hüseyn Ocağinin qətlinə etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib.

Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün ETTELAAT İdarəsi tərəfindən təhdid olunub.

Bəzi mənbələr onun öldürülməsini etirazları yatırmaq üçün hökumətin özünün qəsdən törətdiyini bildirir.

Həmçinin yoxlayın

Somali quldurları tərəfindən girov götürülən İran neft tankeri «Eritreyada qeydiyyata alınmayıb»

GADTB: Eritreyanın informasiya naziri cümə günü bildirib ki, ötən həftə Yəmən sahillərindən Somali istiqamətinə aparılan …

Sentkom: Hörmüz boğazındakı beynəlxalq gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib

GADTB: ABŞ Mərkəzi Komandanlığının – Sentkomun komandanı Bred Kuper bildirib ki, ABŞ qüvvələri İran İslam …