Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əsgər Fərəci Tehranın Evin zindanında məzuniyyətdən məhrum həbsə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Fərəci molla rejimi tərəfindən ana gili hüququ iləbağlışərlənərək 5 il həbs cəzasına məhkum edilib. O həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına salınıb və məzuniyyət hüququmndan da məhrum edilib

Azərbaycanlı siyasi məhbus 7 ay 3 gündür həbsdədir və hələ dəməzuniyyət hüququndan yararlana bilməyib..

İran rejimi tərəfindən şərlənən azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən “Ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “Qanunsuz və hökumətə qarşı çıxan GAMAC-a üzv olmaq”, “Kitab dərc edib yaymaqla hakimiyyətə qarşı təbliğat aparmaq” və “İctimai rəyi çaşdırmaq məqsədilə sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunub. Rejimin məhkəməsi fəalı 17 il 4 ay həbs və 2 il sürgün cəzası məhkum edib.

Azərbaycanlı fəalın apellyasiya şikayətindən sonra məhkəmə fəalın həbs cəzasını 5 ilə endirib.

Qeyd edək ki, azərbaycanlı fəal Əsgər Fərəci bundan öncə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması və Qarabağın işğalına qarşı aksiya təşkil etdiyinə, eləcə də Azərbaycan ordusuna dəstək şüarları yazılmış plakat və posterlər çap etdiyinə görə yaxalanaraq həbs və təzyiqlərə məruz qalmışdır.

Bir müddət öncə azərbaycanlı tanınmış vəkil Sina Yusifi tvitter hesabında yazmışdı ki, Tehranda onun vəkili olduğu azərbaycanlı fəallardan biri öz xatirə dəftərində xatirəsini türkcə latin əlifbası iləyazdığına görə ölkənin rəsimidilinə qarşı çıxmaqda günahlandırılaraq həbsə məhlum edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …