Bazar , Avqust 23 2026
azfa

Sayın Mikayil bəy Oytanın Azərbaycana səfirliyinə terror hücumu barədə bildirişi Avstraliyada “Türkish News Press”de dərc edilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiyasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oytanın Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləmə barədə bildirişi Avstraliyada “Türkish News Press”de dərc edilib.

Qeyd edək ki, sayın Mikayıl bəy Oyta Avstraliyada və xaricdə yaşayan azərbaycanlılar adından Tehranda Azərbaycan səfirliyinə qarşı terror hücumunu pisləyən bəyanat yaymışdı.

Sayın Mikayil bəy törədilən terror aktının İranın dövlət orqanları tərəfindən təşkilatlandırıldığını bildirərək, terror aktı nəticəsində səfirliyin mühafizə birliyinin rəisi Orxan Əsgərovun şəhid edilməsi ilə bağlı onun ailəsi və yaxınlarına başsağlığı verib, yaralananlara acil şifa diləmişdi.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …