Bazar ertəsi , Avqust 24 2026
azfa

Azərbaycanlı siyasi məhbus Pərviz Siyabi ağır vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 76 yaşlı hüquqşünas və tanınmış azərbaycanlı milli fəal Pərviz Siyabi ağır vəziyyətdə həbsdə saxlanılır. Molla rejimi şərləyərək azərbaycanlı fəalı 6 il həbsə məhkum edib.

Azərbaycanlı fəalın ailəsi onunla bağlı bildirib ki, bir neçə xəstəlikdən əziyyət çəkməsinə, 3 həkimin onun həbsxanadan kənar tibb ocağında təcili müalicəsi barədə rəyinə baxmayaraq, Pərviz Siyabinin tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Vəkilin fəalın həyatına olan təhlükə ilə bağlı Ərdəbil prokurorluğu, təhlükəsizlik idarəsi və həbsxana rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …

Basent: “İran rejiminə qarşı son mərhələyə daxil olmuşuq”; tarixdə düşmənə qarşı ən böyük maliyyə hücumu başlayır

GADTB: ABŞ-ın maliyyə naziri Skott Basent Donald Tramp administrasiyasının İran İslam Respublikasına qarşı kampaniyasının “son …