Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb.

Təşkilat Güney Azərbaycanda insan hüquqları məsələlərini diqqətdə saxlamaq məqsədi ilə yaradılıb.

Yenicə yaradılan təşkilatın bəyanatında deyilir: “Azərbaycan İnsan Hüquqları Təşkilatı Azərbaycanda hüquq sahəsində ekspert və mütəxəssislərdən ibarət olan və insan hüquqları məsələlərinə diqqət yetirən ilk insan hüquqları təşkilatıdır.

Bu təşkilatda seçkilər tam demokratik, azad və şəffaf şəraitdə keçirilib, onun məsul şəxsləri üzvlərin birgə rəyi ilə seçilib.

2023-cü il martın 9-da üzvlərin iştirakı ilə təşkilatın nizamnaməsi təsdiq edildi və Nağı Mahmudi təşkilatın sədri və sözçüsü, Hüseyn (Sina) Yusifi isə sədr müavini seçilib”. 

Qeyd edək ki, azərbaycanlı vəkillərin yaratdığı təkilatda bir neçə başqa tanınmış azərbaycanlı vəkil, o cümlədən Fatimə Cavidmehr, Arzu Abdullahi Şamlu, Qasım Bodi,  Əmir Mehdipur və başqa şəxslər iştirak edir.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …