Bazar , Oktyabr 25 2026
azfa

Ərdəbildə azərbaycanlı öyrəncilərdən Amelinin gülünc sözləri və cəfəngiyatına qətiyyətli cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-də Ərdəbildə bir qrup azərbaycanlı tələbə bu vilayətin cümə imamı Seyid Həsən Amelinin camaat namazında “Əgər sərhədlər tarixi keçmişə əsaslanarsa, Azərbaycan İrana birləşməlidir” nitqinə layiqli cavab veriblər.

Belə ki, Amelinin gülünc və hədyan çıxışına cavab olaraq ərdəbilli tələbələr şəhər mərkəzinin divarlarından birində “Süngər Bob” cizgi filmi personajının şəklini “Seyid Həsən Ameli İranda ən məşhur Süngər Bobdur” yazısı ilə birlikdə çəkiblər.

Bu əsərin mətni və oxşarlığı Ərdəbilin imam cüməsinin şəxsiyyəti və çıxışına uyğundur. Belə ki o, daim mərkəzdən idarə olunan bir kukla kimi həssas vaxtlarda və təhlükə hiss olunduqda tribunaya çıxır. /Azad İran

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …