Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Bakı İranın 4 diplomatını ölkədən qovdu

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-dən məlumat yayıb.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …