Türk bölgələrinin millət vəkilləri azərbaycanlıları təhqir edən Əli Yunisi ilə bağlı Ruhaniyə müraciət etdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, H.Ruhaninin etniklər və dini azlıqların işi üzrə məsləhətçisi Əli Yunisi aprel ayının 21-də irqçi farsların antitürk mövqeyi ilə seçilən “Qanun” qəzetinə müsahibədə Azərbaycan türklərinin varlığını inkar edərək, onları farsdilli və kürdlərin qardaşı adlandırmaqla türkləri təhqir etmişdir.

Güney Azərbaycanda türklərin etirazına səbəb olan “Qanun” qəzetinə Güney Azərbaycan şəhərlərinin millət vəkilləri də etiraz ediblər. Məsələ ilə bağlı türk bölgələrinin təxminən 50 millət vəkili H.Ruhaniyə məktub göndərərək Yunisinin səsləndirdiyi əsassız sözləri ilə bağlı ona xəbərdarlıq ediblər.

H.Ruhaniyə yazılan məktub Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur və Hadi Bahaduri tərəfindən hazırlanıb.

Qeyd edək ki, irqçi fars rejimi və onun rəsmiləri, eləcə də onların qəzetləri Azərbaycan türklərini təhqir etməkdədir.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın