Türkiyə daha iki Atom Elektrik Stansiyası tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə daha 2 atom elektrik stansiyası tikməyi planlaşdırır. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, ölkənin Energetika və Təbii Sərvət Nazirliyi artıq hərəkətə keçib.

İkinci AES-in Sinopda tikilməsi nəzərdə tutulur. Qarşıdakı günlərdə layihədə maraqlı olan ölkələrlə danışıqların aparılması gözlənilir.

Üçüncü AES isə Trakyada tikilə bilər. Bununla bağlı araşdırmalar aparılacaq. Bölgə strateji əhəmiyyəti və torpaq şəraiti baxımından da uyğun hesab olunur.

Qeyd edək ki, ötən gün “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağı yüklənib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …