Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı vəkil Qasım Bodini məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı vəkil Qasım Bodi barəsində açılan cinayət işinin bağlanmasına baxmayaraq yenidən onu məhkəməyə çağrıb.

İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda ondan Təbriz Baş və İnqilab Prokurorluğunun cinayət hökmlərinin icrası 2-ci şöbəsinə getməsi istənilib.

Qeyd edək ki, azərbaycanlı vəkil Qasım Bodi 2022-ci ilin 15 oktyabrında Təbrizdəki şəxsi mənzilində rejimin məmurları tərəfindən həbs edilmişdi.

Azərbaycanlı vəkil 40 gün istintaq təcridxanası və Təbriz həbsxanasında saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …