Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Əhəng mədəninin istismarı Marağadakı 200 milyon illik tarixi “Çəpər” mağarasını sıradan çıxarır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin Aşağı Çavan kəndindəki 200 milyon illik “Çəpər” mağarası bu mağaranın ərazisində mədən işləri nəticəsində məhv olmaq ərəfəsindədir.

Marağa şəhərinin Aşağı Çavan kəndinin kənd məsulu “Kavan Gəncine Zəfər Mədən şirkəti tərəfindən bu kənddən əhəng çıxarmasından narahatlığını bildirdi. Bununla əlaqədar olaraq Marağa şəhərində bəzi qeyri-hökumət təşkilatları bu mağaranın dağılmasının qarşısını almaq üçün Marağa şəhərinin müxtəlif idarələrinə məktublar yazmağa başlayıblar.

Bu təşkilatlar əvvəlcə Marağa prokuroruna məktub yazıb, bu işin yüksək vacibliyini nəzərə alaraq, ətraf mühit, təbii sərvətlər və mədəni irs idarələrindən ekspert rəyi alarkən, bu dağıdıcılığı törədənlər barəsində qanuni tədbir görülməsini xahiş ediblər.  Məktubun surəti bu idarələrin rəhbərlərindən əlavə Marağa valisinə göndərilmişdir.  Lakin bu hesabat hazırlanana və Aşağı Çavan kəndinin Çəpər mağarasının ərazisindəki mədəndən əhəng çıxarmaq üçün bir neçə aydan artıq qazıntı işlərinə başlanana qədər bunun qarşısını almaq üçün heç bir təsirli tədbir görülməmişdir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …