Ermənistan 2 hərbçisinin Azərbaycana keçdiyini təsdiqlədi

GADTB: Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisi ilə əlaqənin itdiyini açıqlayıb.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada iddia edilir ki, mayın 26-da saat 19:00-dan etibarən guya Ermənistanın döyüş mövqelərini ərzaqla təmin edən 2 hərbi qulluqçu ilə rabitə əlaqəsi kəsilib.

“Hərbçilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – nazirlik qeyd edib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …