Bazar ertəsi , Avqust 24 2026
azfa

Molla rejim Azərbaycan vətəndaşı Fərid Səfərliyə böhtan atır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran mediası Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsini “uğurlu əməliyyat” adlandırıb.

Bununla bağlı ardıcıl materiallar dərc edən Tehran KİV-i Səfərlinin İranın əks-kəşfiyyatı tərəfindən saxlanıldığını bildirib.

SEPAH-a tabe Teleqram kanalları da hadisəni İranın uğuru kimi gündəmdə saxlayır:

 “Azərbaycan casusu Fərid Səfərli tələbə adı altında İrana casusluq etmək məqsədilə gəlib. İran Azərbaycanda həbs olunan günahsız insanların həbsinə təmkinlə yanaşaraq, Bakının daha əhəmiyyətli agentini ələ keçirməyə nail oldu”, – iddia edilib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfər edib. Lakin martın 4-dən etibarən tələbədən xəbər alınmayıb və Xarici İşlər Nazirliyinə martın 9-u müraciət edilib. İran tərəfi əvvəl bu barədə açıqlama verməsə də, 1 iyunda gənc tələbənin İranın Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığı elan edib.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …