Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Təbriz Məhkəməsi azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verilməsinə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin doğum şəhdətnaməsi vermədiyi azərbaycanlı körpə barədə məhkəmə qərar verib.

Təbriz şəhər məhəkəməsi Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsini Elin adlı körpəyə doğum haqqında şəhadətnamə verməli olduğu barədə qərar çıxarıb.

Molla rejimin Şərqi Azərbaycan əyalətindəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi son üç ay ərzində həmin körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edirdi. Çünki Qeydiyyat İdarəsinin hazırladığı adlar siyahısından kənarda qalan bütün adlar qanunsuz hesab edilir.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …