Cümə axşamı , May 7 2026
azfa

Ermənistanın Metsamor atom stansiyasının tullantılarını Araz çayına axıtdığı üçün Ərdəbildə xərçəənc xəstəliyi tüğyan edir

GADTB: Ermənistanın Metsamor Atom Stansiyasının tullantılarını Araz çayına axıtdığı üçün Ərdəbildə xərçəənc xəstəliyi tüğyan edir. Artıq faciəvi xarakter alan məsələ yerli rəsmiləri də etirafa məcbur edib.

Ərdəbildən olan deputat Ermənistanın Metsamor atom elektrik stansiyasının tullantılarını Araz çayına axıtmasından sonra xərçəng xəstəliyindən əziyyət çəkən insanların artması barədə xəbərdarlıq edib

İran məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyyasının üzvü Mahmud Abbaszadə Meşkini bununla bağlı deyib: “Tullantıları Araz çayına axıdılan Ermənistanın Metsamor atom elektrik stansiyası National Geographic jurnalına görə dünyanın ən təhlükəli elektrik stansiyası hesab edilir və çayın keçdiyi əraziləri, xüsusilə də Ərdəbili çirkləndirir və bu çirklənmə insanlarda mədə xərçəngi və həzm xəstəlikləri yarada bilər”.

“Bu yaxınlarda Ərdəbil Tibb Elmləri Universitetinin səhiyyə üzrə prorektoru Məhəmməd Cəfərzadə  Ərdəbil əhalisinin sayına görə 22-ci əyalət olduğunu, lakin ölkədə həzm və mədə xərçəngindən əziyyət çəkən insanların sayına görə ilk əyalət olduğunu bildirib. Bunun səbəbləri araşdırılmalıdır”,- deyə, Ərdəbildən seçilmiş millət vəkili qeyd edib.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …