Cümə , Oktyabr 23 2026
azfa

Beynəlxalq Əfv Təşkilatından İranda edamların artması bağlı xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının Almaniya ofisi İranda edamların qarşısını almağa çağırıb.

Təşkilat bəyan edib ki, hələ may ayında orta hesabla İranda gündə 3 nəfər edam olunub.

“İran həbsxanaları dövlət hökmləri ilə kütləvi qətillər məkanına çevrilib. Hakimiyyət hazırda da bir sıra edamlar etməyə hazırlaşır”- BƏTin Almaniya hökumətinə müraciətində deyilir.

Təşkilat bildirib ki, ötən illə müqayisədə 2023-cü ilin ilk 5 ayında narkotik ittihamı ilə edam olunanların sayı 3 qat artıb.

Bəyanatda Almaniya vətəndaşlarından xahiş edilir ki, bu kampaniyaya qatılaraq İranda edamların dayandırılması üçün ölkənin Xarici İşlər Nazirliyinə təzyiq etsinlər.

Qurum Almaniya hökumətinin İranda edama məhkum olunanların saxlanıldığı həbsxanaya nümayəndə göndərməsini tələb edib.

İnsan haqları üzrə bu beynəlxalq təşkilat bildirib ki, İran Çindən sonra dünyada ən çox edam edən ölkədir.

Qeyd edək ki, 2021-ci ildə İranda edam olanların sayı 341 nəfər 2022-ci ildə is bu rəqəm 576 nəfərə artıb.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …