Bazar , Oktyabr 25 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Behnam Şeyxini sürgün edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Behnam Şeyxini sürgün edib.

O, Xuzistan vilayətinin Məscid Süleyman şəhərində 2 il sürgün cəzası çəkmək üçün həmin şəhərə gəlib.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

O, 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində rejimin məmurları tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülüb. Şeyxi bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılmışdı.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …