Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Kanada və daha üç ölkə İranı Beynəlxalq Ədalət Məhkəməsinə verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Kanada, Böyük Britaniya, İsveç və Ukrayna cümə axşamı, iyunun 29-da Ukrayna sərnişin təyyarəsinin SEPAH tərəfindən raketlə vurulmasına İranın verdiyi altı aylıq cavab müddəti bitdikdən sonra bu işi Beynəlxalq Ədalət Məhkəməsinə verəcəklərini açıqlayıblar.

“PS752 Reysinin Qurbanları üçün Beynəlxalq Koordinasiya və Cavab Qrupu”nu yaradan həmin ölkələr bəyanat yayaraq, vurulan Ukrayna təyyarəsi ilə bağlı işin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılmasının İranı bu məsələdə məsuliyyətə cəlb etmək üçün birgə səylərinin bir hissəsi olduğunu vurğulayıblar.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …