Bazar ertəsi , Avqust 24 2026
azfa

ABŞ-da texnologiya sahəsində işləyən türklər bir araya gəliblər

GADTB: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində texnologiya sahəsində işləyən türklər “Türk evi”ndə təşkil edilən tədbirdə bir araya gəlib.

Həmin tədbir Türkiyenin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür və “Turks in Tech” qrupunun qurucusu Aykut Karaalioğlunun ev sahibliyində keçirilib.

Tədbirdə Türkiyenin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi səfir Sedat Önal və Prezidentin İnvestisiya Ofisinin Vaşinqton nümayəndəsi Necmettin Kaymaz, o cümlədən təşəbbüskarlar, sərmayədarlar və mühəndislər daxil olmaqla texnologiya sektorunun işçiləri iştirak ediblər.

R.Özgür buradakı çıxışında “Türk evi”ndə müxtəlif tədbirlər təşkil etdiklərinə diqqət çəkərək, daha əvvəl sektor toplantıları çərçivəsində səhiyyə və hüquq sahəsində çalışanlar üçün proqramlar hazırladıqlarını xatırladıb.

Ölkələrin inkişaf səviyyəsində texnologiyanın əhəmiyyətinə toxunan R.Özgür tədbirdə texnologiyanın hər sahəsindən sahibkarların, start-up sahiblərinin və Amerikanın böyük şirkətlərində mühəndis olaraq çalışan bir çox vətəndaşın iştirak etdiyini bildirib.

Türkiyenin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür ABŞ-da texnologiya sektorunda çalışan türklərin təcrübə və sərmayə transferi kimi ölkələrinə töhfə verə biləcəyini ifadə edərək, “Yaddaşınızda hər zamanölkəmiz olsun. Orada nələr edə biləcəyimizi düşünmək Türkiyeyə əhəmiyyətli bir töhfə verəcək” deyib.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …