Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İranda türk adlarına qadağa Türkiyə mətbuatında- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Gerçek Hayat” nəşri İranda yaşayan türklərin öz övladlarına türk adları verə bilmədiyini əks etdirib. Proqramda xüsusilə də Güney azərbaycanlıların övladlarına doğum şəhadətnaməsi almaq uğrundakı çətinliklərindən söz açılıb.

Türkiyəli jurnalist “Baki Yaya” İranda azərbaycanlı valideynlərin övladlarına türk adları seçməsinə qadağa qoyulması ilə bağlı videoçarxda deyib ki, aradan 4-5 il keçməsinə baxmayaraq bəzi azərbaycanlı uşaqların adları türkcə olduğu üçün hələ də doğum şəhadətnaməsi yoxdur.

Türkiyə Respublikasından olan “Al Bayraq Media Group”un mətbuat orqanlarından biri olan “Gerchak Hayat” nəşrində çalışan jurnalist “Baki Yaya” videoda azərbaycanlı valideynlərə İranda uşaqlarına türk adları seçməyə icazə verilmədiyini yazıb.

Yaya əvvəlcə İranda 35 milyon Azərbaycan türkünün olduğuna işarə edərək deyib ki, İranda azərbaycan türkləri öz övladlarına türk adları seçməkdə çətinliklərlə qarşılaşır və onların övladlarına doğum şəhadətnaməsi verilmir.

https://www.youtube.com/shorts/Af7rESDfiEw

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …