Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı körpəyə 5 aydan sonra doğum şəhadətnaməsi verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı körpəyə 5 ay mübarizədən sonra molla rejimi doğum şəhadətnaməsi verməyə məcbur olub.

Adının türkcə olduğuna görə doğum şəhadətnaməsi verilməmiş Elin adlı təbrizli köörpəyə 5 ay mübarizədən sonra  doğum şəhadətnaməsi verilib.

Elinin atası Mirməcid Nəqizadə bu barədə məlumat yayıb.

O, 5 ay davam edən məhkəmə çəkişmələrindən sonra İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi tərəfindən türk adı olan Elin adına övladına doğum şəhadətnaməsi verildiyini yazıb.

Qeyd edək ki, İranın Vətəndaş Qeydiyyatı İdarəsi türk adlarına doğum şəhadətnaməsi verməkdən çəkinir. Bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …