Cümə , İyun 26 2026
azfa

Azərbaycanlı vəkil Sina Yusifidən Urmiya gölü ilə bağlı paylaşım

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı vəkil Sina Yusifi Urmiya gölü ilə bağlı özünün tvitter hesabında Urmiya gölü ilə bağlı paylaşım edib.

Azərbaycanlı vəkil Urmiya gölünün qurumadığını, əslində qəsdən qurudulduğunu yazıb.

Sina Yusifi yazıb: “Yaponiyanın Urmu gölünün bərpasına görə verdiyi 10 milyon dollar yoxa çıxdı, vəkillərin məsələ ilə bağlı müraciətləri cavabsız qaldı, ekofəallar həbs edildi və başqa bu kimi məsələlər ghölün quruması deyil bilərəkdən qurudulmasını sübut edir”.

Azərbaycanlı vəkil hər bir azərbaycanlı milli-mədəni fəalın ən azı bir dəfə Urmiya gölünün qurudulmasına etiraz etdiyi üçün həbs edildiyini, bunun azərbaycanlıların ekoloji fəlakətə biganə qalmadıqlarına nümunə olduğunu söyləyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısında bənd tikmək və az su ilə əmələ gələn məhsulların əkilməsinə icazə vermədiyi və s. işlərlə bağlı Urmiya gölünü qurudub.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …