Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranda qondarma “DQR“-yə dəstək üçün imzatoplama kampaniyası keçirilir

GADTB: İranda Laçın dəhlizinin “bağlanmasını” pisləyən imzatoplama kampaniyasına başlanılıb. Kampaniya 17 sentyabr 2023-cü ilə qədər davam edəcək.

İranın “Karzar.net” saytında irəli sürülən təşəbbüs Qarabağ ermənilərini dəstəkləyir, guya Qarabağda “humanitar fəlakətin” qarşısını almaq üçün addımlar atmağa çağırır.

Sözügedən kampaniya İranda çıxan “Anahit” elmi, mədəni və ədəbi jurnalının redaksiya heyətinin katibi Abbas İqbal Mehranın təşəbbüsü ilə həyata keçirilir.

“Karzar.net” saytında irəli sürülən bu təşəbbüsün bəyanatında iddia edilir ki, “Dağlıq Qarabağın” 120 minlik erməni əhalisinin mühasirəyə alınması “Bakının” “Dağlıq Qarabağ” ermənilərinə qarşı törətdiyi “soyqırımı əməliyyatlarından” biridir./Azad İran

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …