Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərib

GADTB: Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 ton undan ibarət ərzaq yardımı göndərib.

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan mətbuata açıqlamasında bildirib.

Yük maşınlarının  Ağdam-Xankəndi marşrutu üzrə hərəkət edəcəyini ifadə edən

Novruz Aslan deyib: ”Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq”.

Qeyri-hökumət təşkilatı olduqlarını qeyd edən Novruz Aslan lazım gələrsə, Qarabağdakı ermənilərə yardımları davam etdirəcəklərini bildirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …