Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Molla rejimin həbs etdiyi müəllim və şagirdlərin statistikası açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son 9 ayda molla rejimi müxtəlif bölgələrində 47 müəllim və 110 şagird həbs edilib.

İnsan haqları təşkilatlarınin məlumatına görə, onların bəzilərinə qarşı ağır ittihamlar irəli sürülüb, uzun müddətli həbs və şallaq cəzasına məhkum ediliblər.

Bununla yanaşı İran Müəllimlər Birliyi bəyanat yayaraq, narazı müəllimlər, tələbələr və şagirdlərə qarşı təzyiqləri pisləyib.

Təşkilat hazırda ölkədə 960 min şagirdin təhsilini yarımçıq tərk etdiyinə toxunaraq, bunun hakim sistemin ədalətsiz siyasətlərinin nəticəsi olduğunu qeyd edib.

Qeyd edək ki, müəllimlərin cəzalandırılması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Həmçinin yoxlayın

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Azərbaycan Rusiya səfirini etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov …