Çərşənbə , Avqust 19 2026
azfa

Azərbaycana qarşı düşmən mövqedə sərgiləyən Rəhim Şəhriyariyə təbriz əhalisindən sərt reaksiya – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbriz əhalisi Antiazərbaycan mövqeyi ilə seçilən manqurt müğənni Rəhim Şəhriyariyə keçirdiyi konsertdə tutarlı cavab verib.

Türk düşmənçiliyi nümayiş etdirən müğənni may ayının 1 və 2-də Təbrizin Petroşimi Amfiteatrında keçirdiyi konsertdə 600 nəfərlik salonu doldura bilməyib. Yerlərindən yarıdan çoxu boş qalıb. Yerlərin çoxunu boş görən Şəhriyarı bu dəfə musiqisevər azərbaycanlıları bir şeir səsləndirərək aşağılamağa çalışıb. O deyib:

“Bizim üçün fərqi yoxdur. Qoy, 200 nəfər gəlsin. Əsas odur ki, gələnlər sevərək gəlsinlər. o deyib: “Bixəbərlər nə bilir musiqinin nəğməsini – Əhli-hal olsa bilər hər sözü, hər beyti””.

Qeyd edək ki, Rəhim Şəhriyarı Azərbaycan türk millətinin əməyi nəticəösində məşhurlaşsa da, manqurt olduğu üçün Azərbaycan türk millətinin düşmənlərini dəstəklədiyi üçün təbrizlilər ona layiqli cavab veriblər.

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …

Bir cavab yazın