Çərşənbə , Avqust 19 2026
azfa

ABŞ “S-400”-lərə dair yenidən Türkiyəyə narahatlığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ administrasiyası Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir. Bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.   

Hizer Nauert deyib: “Biz Türkiyənin Rusiyadan “S-400”-ləri mümkün tədarükündən ciddi narahatıq. NATO  üzvü olan Türkiyə Alyansla bağlanan razılaşmalara müvafiq olaraq, yalnız NATO-dakı tərəfdaşlarına uyğun gələn silah əldə etməlidir. Biz burada uyğunluq olduğunu hesab etmirik”.

Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”-lərə dair qərarından narahatlığını bildirib.

Həmçinin yoxlayın

Yaşar Həsənzadənin Təbriz həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsi altı aydan artıqdır davam edir

GADTB: Təbriz sakini və 1404-cü ilin Dey ayında keçirilən etiraz aksiyalarında saxlanılan Yaşar Həsənzadə həbsindən …

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Bir cavab yazın