Çərşənbə , Sentyabr 23 2026
azfa

BMT İran dövlətinin qeyri-farslara qarşı ayrı-seçkilik siyasətini pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT İran dövlətinin qeyri-farslara xalqlara qarşı ayrı-seçkilik siyasətini pisləyib.

BMT-nin baş katibi Antonio Quterreş İranda 2022-ci ilin sentyabrından 2023-cü ilin həmin ayadək müddəti əhatə edən insan haqları üzrə hesabat barədə danışıb.

Antonio Quterreş deyib: “İran hakimiyyəti etinaklərə və dini azlıqlara qarşı sistemli şəkildə ayrı-seçkilik və təcrid edilmə siyasəti yürüdür. Ölkənin həbsxanalarında siyasi bəluç və ərəb məhbuslar əksəriyyət təşkil edir.

Cəmiyyətin sair etnikləri ilə müqayisədə onların məhbus sayı yüksəkdir.”.

Baş katibi həmçinin həmin zaman kəsiyində etirazçıların saxlanılmasını, qadınlara qarşı ayrı-seçkiliyi, edamların artdığını qınayıb.

Baş katib həmçinin deyib: “2023-cü ilin ilk 7 ayında azı 419 nəfər edam olunub. Ötən illə müqaisədə edam 30 faiz artıb. Həmçinin qadın və qızlara qarşı sistemli ayrı-seçkilik tətbiq olunur. Müxtəlif yollarla təzyiq olunur. İran bu hərəkətləri dayandırmalı və edamlara son qoymalıdır”.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …