Çərşənbə , Oktyabr 28 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı qızın həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı qızın həyatı təhlükədədir.

Bir müddət öncə Təbrizdə məcburi hicabdan imtina etdiyinə görə rejimin məmurları tərəfindən döyülərək psixiatriya xəstəxanasına aparılan Röya Zakeriyə vəkili ilə görüşməsinə icazə verilmədən Təbrizdə rejimin ETTELAAT İdarəsinə aparılıb.

Azərbaycanlı vəkil Sina Yusifi “X” hesabında Röyanın həyatının təhlükədə olduğunu yazaraq, onun barəsində məlumat paylaşıb:

“Röyanın vəkillə görüşünə icazə verilmir. Ötən il payızda kütləvi etirazlara qatıldığına görə işlə təmin olunmayıb. Röyanın vəziyyəti barədə düzgün məlumat verilmir. Ona görə də həyatı təhlükədədir. Onun səsi olaraq hakimiyyət tərəfindən işkəncə verilməsinə və həyatının itirilməsinə mane olmalıyıq”, – deyə, o, əlavə edib.

Qeyd edək ki, Röya Zakerinin döyüldüyü videosu yayılmışdı və həmin video ilə o ”Təbrizin qızı” kimi məşhurlaşmışdır.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …