Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Urmiya şəhərində Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərindən sonra Urmiyada bir qrup azərbaycanlı milli fəal Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər çap edərək, şəhərin müxtəlif yerlərində divarlara yapışdırdılar.

Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmiya gölünün qəsdən qurudulmasına etiraz məqsədilə Urmiya şəhərində vərəqələr yapışdırıblar.

“Urmu Araz üçün birlik” başlığı ilə dərc edilən vərəqələrdə yazılıb:

“Susuzam. Gəlin əl-ələ verib milli varlığımıza sahib çıxaq. Azərbaycan cavanlarının üzərinə çox ağır bir məsuliyyət düşür. Təbitətimiz, azadlığımız, varlığımız, Urmu gölümüz məhv olmaq təhlükəsi qarşısındadır. Vətənə sahib çıxmalıyıq!”.

Qeyd edək ki, oxşar aksiya iki gün öncə Təbrizdə də keçirilmişdi.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …