Bazar , Oktyabr 25 2026
azfa

“Türkçülük günü” münasibəti ilə Milliyyətçi Gənclər Təşkilatı tədbir keçirib- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 3 May 2018-ci il tarixində “Türkçülük günü” münasibəti ilə Milliyyətçi Gənclər Təşkilatı tədbir keçirib. İştirakçılar arasında təşkilatın üzvləri, tərəfdarları ilə yanaşı rəsmi qonaqlar da vardı. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə açılış nitqini təşkilatın hazırkı idarə heyəti sədri İskəndər Osmanlı söylədi. Ardınca ideoloji şöbə əməkdaşı Gündüz Sadıqov “Türkçülük günü”-nün tarixi, mahiyyəti və günümüzə yansıması barədə danışdı. Çıxışçılar arasında qonaqlardan GADTB başqanı Əjdər Tağızadə,  tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədli, TSH başqanı Babək Mehdiyev vardı. Tədbirin bədii hissəsində Şahin Əlizadənin ifasında H.N.Atsızın “Yolların sonu” və Elçin Məmmədlinin ifasında “Çırpınırdı Qara dəniz” səsləndirilərək tədbir sonlandırıldı. Qeyd edək ki, Milliyyətçi Gənclər Təşkilatı hər il ənənəvi olaraq “Türkçülük günü”-nü qeyd edir.

 

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın