Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türk adına görə 6 ildir övladlarına doğum şəhadətnaməsi verilməmiş siyasi məhbusun ailəsi aksiya keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkatının fəalı Yürüş Mehrəlibəylinin qardaşı Huntay adlı oğlunun 6-cı doğum gününü rejimin Culfa şəhərində yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin qarşısında qeyd edib. 

Culfada rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin qarşısına toplaşan  Huntayın ailəsi və yaxınları “Uşaq adının seçilməsi vətəndaşlığın əsas hüquqlarından biridir”, “Mənim adım Huntaydır” və s. şüarlar yazılmış plakatkar qaldırmaqla rejimə etiraz ediblər.

Huntayın atası Taymaz Mehrəlbəyli 6 ildən sonra bütün hüquqi prosedurlardan keçməsinə, inzibati və məhkəmə yolu ilə etiraz etməsinə baxmayaraq, oğluna doğum haqqında şəhadətnamə ala bilməyib və bu, bir çox problemlərə səbəb olduğunu deyib.

Siyasi məhbusun qardaşı insani haqların lap ibtidailərindən sayılan ata və anaların övladlarına ad vermə haqqından 6 ildir məhrum olmalarına etiraz edib və Yürüş bəy ilə yanaşı, digər milli fəalların da tezliklə azad edilməsini istəyib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …