Cümə axşamı , Sentyabr 10 2026
azfa

Təbrizdə azərbaycanlı milli fəallar rejimin həbs etdiyi fəallara azadlıq tələbilə vərəqələr yaydılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı fəallar Güney Azərbaycanda milli fəalların irqçi fars-molla rejimi tərəfindən həbsinə etiraz olaraq vərəqlər paylayıblar.

Azərbaycanlı fəalların divarlara yapışdırdığı və payladığı vərəqlərdə əsas mesaj bundan ibarətdir:

“Tehranın totalitar və mərkəzçi rejimi bilməlidir ki, bir gül qoparmaqla Azərbaycan baharına qarşı davam gətirə bilməyəcək”.

Qeyd edək ki, irqçi fars-molla rejimi son aylarda çox sayda azərbaycanlı fəalı həbs edərək, onlara işgəncə verir. Fəalların bəzisi girov qarşısında zaminə buraxılsa da bir sırası hələ də həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Azərbaycanın Traxtur komandası İran birincisi, Asiyanın beşinci, dünyanın 191-ci komandasıdır

GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada …

ABŞ molla rejimi ən dərin yeraltı nüvə obyektinə zərbə planı hazırlayır

GADTB: ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün …